Azərbaycan – Syerra Leone oyunu başladı

Baş səhifə

“FIFA Series – 2026” beynəlxalq turnirində Azərbaycan – Syerra Leone oyunu start götürüb.

Modern.az-ın məlumatına görə, qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:00-da başlayıb.

Görüşün baş hakimi özbəkistanlı Asker Najafaliyevdir.

Qeyd edək ki, Azərbaycan millisi martın 27-də eyni arenada Sent Lüsiya komandasını 6:1 hesabı ilə üstələyib.