Bədii gimnastika üzrə Dünya kubokunun ikinci günü başa çatıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bədii gimnastika üzrə Dünya kubokunda yarışların ikinci günü
uğurla başa çatıb. Turnirin növbəti günündə gimnastlar fərdi və
qrup hərəkətləri üzrə öz bacarıqlarını nümayiş etdirərək həm
hakimlər, həm də tamaşaçılar tərəfindən böyük maraqla
qarşılanıblar.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, ikinci günün
proqramına əsasən, fərdi çıxışlarda gimnastlar gürzlər, lent, halqa
və top alətləri üzrə bacarıqlarını sərgiləyiblər. Çıxışların
yekununda fərdi gimnastlar çoxnövçülük proqramı üzrə
mükafatlandırılıblar. Təsnifat mərhələsinin nəticələrinə əsasən,
1-ci yeri Onofriichuk Taisiia, 2-ci yeri Varfolomeev Darja, 3-cü
yeri isə Nikolova Stiliana tutub.

Qrup hərəkətlərində gimnastlar 3 halqa və 2 cüt gürz ilə
proqramlarını təqdim ediblər. Bu kateqoriyada da çoxnövçülük üzrə
qaliblər müəyyənləşib. Nəticələrə əsasən, 1-ci yeri İsrail
komandası, 2-ci yeri İspaniya komandası, 3-cü yeri isə AIN 2
komandası əldə edib.




İkinci yarış günü çərçivəsində tamaşaçılar üçün əyləncəli
müsabiqələr də təşkil olunub. Sual-cavab formatında keçirilən
yarışda gimnastikaya dair sualları düzgün cavablandıran üç qalib
tamaşaçı AGF-nin sponsoru LG tərəfindən təqdim olunan dəyərli
hədiyyələrə layiq görülüb.

Maraqlı və gərgin mübarizə şəraitində keçən ikinci günün
ardından yarışın ən həyəcanlı mərhələsi – final çıxışları
gözlənilir.