Bakı. Trend:
imali Koreya hakimiyyəti Yapon dənizinə doğru bir neçə ballistik
raket atıb.
Trend-in məlumatına görə, bu barədə “Yonhap” agentliyi Koreya
Respublikasının Birləşmiş Qərargah Rəislərinə istinadən xəbər
verib.
Yaponiyanın Baş naziri Sanae Takaiçi Şimali Koreya ərazisindən
bir neçə raketin atıldığını bildirib.
“Ballistik raketlər ola biləcək obyektlərin artıq Yaponiyanın
eksklüziv iqtisadi zonasından kənara düşdüyü ehtimal edilir”, –
deyə o “X” sosial şəbəkəsində yazıb.

