ABŞ-ın mövqeyində dəyişiklik olmadan İran Hörmüz boğazını açmayacaq

Baş səhifə

Bakı. Trend:

İran ABŞ ilə danışıqları davam etdirmək üçün ortaq mövqe ortaya
qoyana qədər Hörmüz boğazının statusunu dəyişdirmək niyyətində
deyil.

Trend-in
məlumatına görə, bu barədə “CNN” televiziya kanalı İran mənbəsində
istinadən xəbər verib.




“İran tələsmir. Ortaq bir əsas əldə olunana qədər Hörmüz
boğazının statusu dəyişməz qalacaq və hətta razılaşdırılmış gəmi
sayı belə bu ərazidən keçə bilməyəcək”, – deyə bildirilib.

Əlavə edilib ki, ABŞ tərəfinin müəyyən məsələlərdə “həddindən
artıq tələbləri” hələlik tərəflərə danışıqlar üçün əsas barədə
razılığa gəlməyə imkan verməyib.