Britaniya baş naziri məzuniyyətə çıxdı: tənqid hədəfinə çevrildi

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ prezidenti Donald
Trampın İrana qarşı təhdidlər səsləndirdiyi bir vaxtda məzuniyyətə
getdiyi üçün qalmaqalla üzləşib.

Trend xəbər verir
ki, bu barədə Britaniyanın “Daily Express” (DE) nəşri yazır.

Məlumata görə, Starmer hazırda İspaniyada istirahətdədir.

“Çimərlikdən beynəlxalq fəaliyyətləri koordinasiya etmək mümkün
deyil”, – məqalədə qeyd olunur.




Jurnalistlər xatırladıblar ki, Starmer vaxtilə ölkənin sabiq baş
naziri Boris Consonun rəhbərlik etdiyi hökuməti ABŞ qoşunlarının
Əfqanıstandan çıxarıldığı dövrdə məzuniyyətdə olduğuna görə tənqid
etmişdi.

Bundan əvvəl Starmer bildirib ki, Trampdan bezib və onun sözləri
ilə desək, amerikalı liderin İranda atdığı addımlar nəticəsində
britaniyalıların üzləşdiyi iqtisadi qeyri-sabitlikdən “canı
boğazına yığılıb”.

O, həmçinin NATO-ya dəstək ifadə edib və qeyd edib ki, İranda
baş verən müharibə Böyük Britaniya ilə ABŞ arasında münasibətləri
pisləşdirib.