Tramp ABŞ və İran nümayəndələrinin görüş yerini və vaxtını açıqladı

Baş səhifə

Bakı. Trend:

ABŞ və İran nümayəndələri iyunun 30-da Qətərdə danışıqlar
aparacaq.

Bu barədə məlumatı ABŞ prezidenti Donald Tramp “Truth Social”da
açıqlayıb.

Tramp qeyd edib ki, İran görüş tələb edib və görüş sabah Dohada
keçiriləcək.




Amerika prezidenti təfərrüatları açıqlamayıb.

Qərb mediası ABŞ və İran arasında texniki danışıqların Qətərdə
keçirilə biləcəyini bildirmişdi. Tərəflərin əvvəllər imzaladıqları
anlaşma memorandumunun müddəalarının ortaq şərhini axtarmaları
gözlənilir.