İsrail Livandakı raket qurğularını vurduğunu açıqlayıb

Baş səhifə

Bakı. Trend:

İsrail Müdafiə Ordusu Livanda İsrail ərazisinə atəş açmaq üçün
istifadə edilən raket qurğularını hədəf alaraq yeni zərbələr
endirib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat
xidməti bildirib.




“İsrail ordusu dünən gecə İsrailin şimalına raket atıldığı 10
raket qurğusunu məhv edib”, – deyə açıqlamada qeyd edilib.

İsrail ordusu əlavə edib ki, hazırda Livanda əlavə raket
qurğularının axtarışı və məhv edilməsi davam etdirilir.