
Bakı. Trend:
2026-cı ildə Azərbaycanda qeyri-məişət kateqoriyası üzrə
paylayıcı elektrik şəbəkəsinə qoşulmaq istəyənlər üçün elektron
müraciət kanalı tətbiq ediləcək.
Trend-in əldə
etdiyi məlumata görə, iyunda bununla bağlı normativ hüquqi baza
təkmilləşdiriləcək.
Belə ki, Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə
Agentliyi “Azərişıq” ASC ilə birlikdə 2026-cı il iyunun 1-dək
qeyri-məişət kateqoriyası üzrə paylayıcı elektrik şəbəkəsinə
qoşulma məqsədilə müraciət edənlər üçün yalnız elektron müraciət
kanalının tətbiqi ilə bağlı normativ hüquqi bazanın gücləndirilməsi
barədə təklifləri hazırlayıb və aidiyyəti üzrə təqdim
etməlidir.


