Azərbaycanda bu ilin sonunadək daha iki GES enerjisistemə inteqrasiya olunacaq

Baş səhifə

Bakı. Trend:

Xarici investor tərəfindən inşa olunan (Masdar) 445 MVt gücündə
Biləsuvar Günəş Elektrik Stansiyasının (GES) və 315 MVt gücündə
Neftçala GES-in (Bankə) enerjisistemə inteqrasiyası ilə bağlı
tədbirlərin icrasının bu ilin noyabrın 1-dək yekunlaşması nəzərdə
tutulub.

Trend-in əldə
etdiyi məlumata görə, hər iki GES-in inteqrasiyası ilə əlaqədar
işlərin icrası üzrə “Azərenerji” ASC və Energetika Nazirliyi icraçı
qurum kimi müəyyənləşib.




Qeyd edək ki, 2024-cü ilin iyun ayında “Masdar” və SOCAR
Azərbaycanda ümumi gücü 1 giqavat (GVt) olan Günəş və külək
enerjisi üzrə üç iri layihənin gerçəkləşdirilməsinə start
veriblər.

Söhbət üç layihədən gedir: Biləsuvarda 445 MVt gücündə günəş
elektrik stansiyası, Neftçalada 315 MVt gücündə günəş elektrik
stansiyası və Abşeron-Qaradağ regionunda 240 MVt gücündə yerüstü
külək elektrik stansiyası. Bu layihələr üzrə investisiya sazişləri
2023-cü ilin oktyabr ayında əldə olunub, bundan sonra elektrik
enerjisinin alqı-satqısı, şəbəkəyə qoşulma və torpaq icarəsi ilə
bağlı sazişlər imzalanıb.