Futzal üzrə Azərbaycan millisi Gürcüstana uduzub

Baş səhifə
Futzal üzrə Azərbaycan millisi Gürcüstana uduzub

Futzal üzrə Azərbaycan millisi bu gün yoldaşlıq görüşü keçirib.

“Report” xəbər verir ki, Gürcüstan yığması ilə üz-üzə gələn Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda rəqibinə 2:4 hesabı ilə uduzub.

Tbilisi şəhərindəki İdman Sarayında baş tutan oyunda Azərbaycanın qollarını Nihad İsmayılov (22) və Kənan Manafov (38) vurublar.

Qeyd edək ki, Azərbaycan millisi aprelin 11-də eyni məkanda Gürcüstanla ikinci dəfə görüşəcək. Ayın 13-ü və 15-də isə komanda Aktauda Qazaxıstan ilə yoldaşlıq matçları keçirəcək.