
Bakı. Trend:
11-ci sinif şagirdi Elnar Əkbərli buraxılış immtahanına
telefinla getdiyi üçün immtahanan xaric edildiyi barədə sosial
mediada şikayətlər yayıb.
Onun iddalarına görə telefonu qapıda polisə təhvil vermək
istəyib, amma polis götürməyib və nəzarətçiyə yönləndirilib.
Nəzarətçiyə yaxınlaşıb üzərində telefon olduğunu deyən şagird
sənədə qol çəkdirilib və imtahandan xaric edilib.
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən Trend-in sorğusuna cavab
olaraq bildirilib ki, imtahan binasına mobil telefon gətirmək
olmaz:
“Qapıdakı polis ictimai asayişi təmin etmək üçün orda dayanır.
İmtahan binasına mobil telefon gətirmək olmaz. Qayda birmənalıdır
və dəfələrlə bununla bağlı xəbərdarlıq edilir. Şagirdin imtahana
buraxılış vərəqəsində, həmçinin yaddaş kitabçasında da bununla
bağlı qeyd var”.


