Mart ayında dəmir yolu ilə yükdaşımalar artıb

Baş səhifə

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2026-cı ilin mart ayında
1,6 milyon tondan çox yük daşıyıb.

Trend xəbər verir
ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.




Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə
müqayisədə 17 faiz artıb.

Hesabat dövründə tranzit yükdaşımalarında da artım qeydə alınıb.
Belə ki, ötən ay 690 min tondan çox tranzit yük daşınıb ki, bu da
2025-ci ilin mart ayı ilə müqayisədə 21 faiz çoxdur.