
Bakı. Trend:
Livanda müharibənin dayandırılması Pakistanın təklif etdiyi
atəşkəs sazişinin ayırlmaz tərkib hissəsidir.
Trend-in
məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat
katibi İsmayıl Bəqai deyib.
Onun sözlərinə görə, bu mövqe Pakistanın Baş nazirinin
bəyanatlarında da açıq şəkildə ifadə olunub.
Nazirlik rəsmisi vurğulayıb ki, ABŞ Livan da daxil olmaqla bütün
cəbhələrdə hərbi əməliyyatların dayandırılmasına sadiqdir. Onun
sözlərinə görə, bu öhdəliyə zidd olan istənilən addım və ya mövqe
Vaşinqtonun öz vədlərinə əməl etməməsi kimi qiymətləndiriləcək.
ABŞ ilə müharibənin tam dayandırılması ilə bağlı danışıqların
vaxtı və məkanı barədə danışan İ. Bəqai qeyd edib ki, Pakistan
hökuməti tərəfləri İslamabada dəvət edib. O bildirib ki, danışıqlar
hazırda nəzərdən keçirilir və planlaşdırılır, lakin onların
keçirilməsi ABŞ-ın bütün cəbhələrdə atəşkəs öhdəliklərini yerinə
yetirməsindən asılı olacaq.


