
Bakı. Trend:
Körpələr və erkən yaşlı uşaqlar üçün qida formulları və əlavə
qidalara dair sanitariya normaları və qaydalarının hazırlanacağı
vaxt açıqlanıb.
Trend-in əldə
etdiyi məlumata əsasən, 1 may 2026-cı il tarixinə qədər Qida
Təhlükəsizliyi Agentliyi (AQTA) sözügedən norma və qaydaları
hazırlamalıdır.
Qeyd edək ki, AQTA-nın Kollegiyası 4 dekabr 2025-ci ildə “Körpə
və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş qida formullarına dair
sanitariya norma və qaydaları”nın və “Körpə və erkən yaşlı uşaqlar
üçün nəzərdə tutulmuş əlavə qidalara dair sanitariya norma və
qaydaları”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.

