Xaçmazın Palçıqoba kəndində sakinlərin müraciət və təklifləri dinlənilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idarə,
təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə Palçıqoba kəndində
növbəti səyyar qəbul keçirib.

Bu barədə Trend-ə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumat
verilib.

Bildirilib ki, qəbuldan əvvəl rayon rəhbərliyi Palçıqoba
kəndindən olan şəhidlərin xatirəsini əbədiləşdirmək üçün ucaldılan
abidə kompleksi önünə gül dəstələri düzərək şəhidlərimizin əziz
xatirəsini ehtiramla yad ediblər.

Qəbulda Çinartala İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə
daxil olan Palçıqoba, Çinartala, Manafoba, Ağaşirinoba və Qıraqlı
kənd sakinlərinin müraciətləri dinlənilib.




Sakinlər əvvəlki səyyar qəbullarda səsləndirilən bəzi
müraciətlərin həlli istiqamətində görülən işlərə görə
təşəkkürlərini bildirərək elektrik təsərrüfatının yenilənməsi, qaz
təchizatının bərpası, suvarma kanallarının təmizlənməsi və
mübahisəli torpaq məsələsi ilə bağlı müraciətlər
səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar
verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.