Serbiyadan Azərbaycan iqtisadiyyatına qoyulan investisiyalar artıb

Baş səhifə

Bakı.Trend:

2025-ci ildə Serbiyanın Azərbaycana birbaşa investisiyaları
6,490 milyon ABŞ dolları təşkil edib.

Trend-in
məlumatına görə, bu göstərici 2024-cü illə müqayisədə 6,271 milyon
dollar və ya 29,6 dəfə artıb.

Məlumatlara əsasən, hesabat ilində Serbiyadan gələn
investisiyaların Azərbaycana birbaşa xarici investisiyaların ümumi
həcmində payı 0,1% olub.




2024-cü ildə Serbiyadan Azərbaycana birbaşa investisiyaların
ümumi həcmi 219 min dollar təşkil edib.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanın iqtisadiyyatına birbaşa
xarici investisiyaların həcmi 6,595 milyard ABŞ dollarını ötüb. Bu,
2024-cü ilin göstəricisi ilə müqayisədə 450,9 milyon ABŞ dolları və
ya 6,4% azdır.

Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici
iqtisadiyyatlara yönəldilmiş birbaşa xarici investisiyaların həcmi
2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin
göstəricisindən 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.