Əmlak Məsələləri Dövlət Xidmətinin elektron xidmətlərindən istifadə dayandırılacaq

Baş səhifə

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Xidmətinin elektron xidmətlərindən
istifadə müvəqqəti olaraq dayandırılacaq.

Bu barədə Trend dövlət xidmətinə istinadən xəbər verir.




Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidmətinin elektron informasiya resurslarında dayanıqlığın
və keyfiyyətin artırılması məqsədilə 7 noyabr 2025-ci il saat
21:00-dan 11 noyabr 2025-ci il tarixinədək profilaktik işlərin
həyata keçirilməsi planlaşdırılır.

Qeyd edilib ki, bu səbəbdən göstərilən xidmətlərin və məlumat
mübadilələrinin istifadəsində fasilələrin yaranması mümkündür.