
Bakı. Trend:
Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off
mərhələsində final oyunları keçirilib.
Trend xəbər verir
ki, Türkiyə millisi həlledici görüşdə Kosovonun qonağı olub.
Matç Türkiyə millisinin minimal hesablı qələbəsi ilə başa çatıb
– 1:0. Yeganə qolu 53-cü dəqiqədə Kərəm Aktürkoğlu vurub. Bu nəticə
ilə Türkiyə yığması DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanıb və
D qrupunda ABŞ, Avstraliya və Paraqvayla mübarizə aparacaq.
Digər qarşılaşmada isə İsveç yığması Polşanı 3:2 hesabı ilə
məğlub edərək final mərhələsinə vəsiqə əldə edib.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi
edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək
keçiriləcək.

