TRIPP Ermənistan və Azərbaycan üçün deyil, həm də bir çox qonşu ölkələr üçün xeyir vəd edir – Senator

Baş səhifə

Bakı. Trend:

Məhz yaradıcı düşüncə danışıqlardakı bəzi daha mürəkkəb
məsələlərin həlli olaraq TRIPP marşrutunun yaradılmasına gətirib
çıxardı.

Trend-in
məlumatına görə, bu sözləri ABŞ Senatının Xarici Əlaqələr
Komitəsinin üzvü, senator Stiv Deyns Dövlət katibi Marko Rubio ilə
dinləmələr zamanı sual verərkən deyib.

“Layihə təkcə Ermənistan və Azərbaycan üçün deyil, həm də bir
çox qonşu ölkələr üçün xeyir vəd edir”, – deyə o bildirib.