
Bakı. Trend:
İran İslam Respublikası və ABŞ-nin bir neçə gün əvvəl
danışıqları dayandırdığı barədə xəbərlər yalan və səhvdir.
Trend-in
məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth
Social” sosial şəbəkəsində yazıb.
“Aramızdakı danışıqlar bu gün də daxil olmaqla mütəmadi davam
edir. Danışıqların hara aparacağını heç kim bilmir, amma İran
tərəfinə də dediyim kimi, bu və ya digər şəkildə saziş bağlamağın
vaxtıdır”, – deyə o bildirib.

