Luvr qarətində Belçika izi aşkarlanıb

Baş səhifə

Bakı.Trend:

Ötən ilin oktyabr ayında Fransanın Luvr muzeyində baş vermiş
qarətlə bağlı aparılan istintaq çərçivəsində müstəntiqlər Belçika
ilə əlaqəli yeni versiyanı araşdırırlar.

Trend xəbər verir
ki, bu barədə xarici media məlumat yayıb.

Belçika polisi Şərqi Avropadan olan bir neçə şübhəlini (Abduley
N., Gelamalla A., Sliman K. və Rəşid X.) sıradan yük oğurluğu işi
üzrə saxlayıb. Saxlanılan şəxslərin mobil telefonlarına baxış
keçirilərkən müstəntiqlər Luvrun, o cümlədən Fransa kral zinət
əşyalarının oğurlandığı Apollon qalereyasının fotolarını aşkar
ediblər.




Dəlillər Mədəniyyət dəyərlərinin qanunsuz dövriyyəsinə qarşı
mübarizə üzrə Mərkəzi İdarənin mütəxəssislərinə təhvil verilib.
Hazırda ekspertlər həmin fotoşəkillərin necə və nə vaxt
çəkildiyini, eləcə də onların oğurluqla mümkün əlaqəsini müəyyən
etməyə çalışırlar.

Qeyd edək ki, qarətdən aylarlar müddət keçməsinə baxmayaraq
Fransa kral kolleksiyasına aid, dəyəri 88 milyon avrodan çox olan
səkkiz zərgərlik məmulatı hələ də tapılmayıb.