Kobaxidze: Avropa ilə Asiya bir-birinə daha da yaxınlaşacaq

Baş səhifə

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürmə qabiliyyəti açıqlanıb.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze rəsmi sosial şəbəkə hesabında yazıb.

O, BTQ-nin qlobal ticarətdəki rolunu yüksək qiymətləndirib:
“Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı bir-birinə daha da yaxınlaşdıraraq regionumuzun qlobal ticarət və logistika şəbəkəsində strateji əhəmiyyətini gücləndirir. Marşrutun tam başa çatması ilə dəmir yolu xəttinin ötürmə qabiliyyəti ildə 5 milyon tona çatacaq. Bu isə regionun tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırır və Orta Dəhlizin rəqabət qabiliyyətini daha da gücləndirir”.

Töhfə Səməd