ABŞ-də bir qallon (3,79 litr) benzinin orta qiyməti 2022-ci ilin avqust ayından bəri rekord həddə çataraq 4 dolları keçib.
“Report” xəbər verir ki, bu barədə yanacaq qiymətlərinin dinamikasını izləyən “GasBuddy” portalının məlumatlarında qeyd olunub.
Şərq vaxtı ilə saat 20:45-ə (çərşənbə axşamı Bakı vaxtı ilə saat 04:45) olan məlumata görə, bir qallon adi benzinin qiyməti 4.001 dollardır.
Ən yüksək yanacaq qiyməti Kaliforniyadadır və istehlakçılar bir qallon üçün 5.86 dollar ödəməli olacaqlar.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

