Bakı. Trend:
Vinisius Junior zədəsini bərpa edərək yenidən məşqlərə
qayıdıb.
Trend xəbər verir ki,
Fabritsio Romanonun məlumatına görə, “Real” və Braziliya millisinin
vingeri artıq komanda ilə ümumi məşqlərdə iştirak edir.
Beləliklə, futbolçu Xorvatiyaya qarşı oyunda meydana çıxa
biləcək. Qarşılaşma ABŞ-da 31 martdan 1 aprelə keçən gecə saat
04:00-da keçiriləcək.

