Bakı. Trend:
İngiltərə Premyer Liqasının iddialı klublarından olan
“Tottenhem” növbəti dəfə baş məşqçi böhranı ilə üzləşib.
Trend xəbər verir
ki, London təmsilçisi rəsmən İqor Tudorla yollarını ayırdığını
açıqlayıb.
Klub rəhbərliyi son dövrlərdə qeydə alınan uğursuz nəticələr və
komandanın turnir cədvəlindəki mövqeyindən narazı qaldığı üçün bu
qərarı verib. Müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam
verildiyi bildirilib.
Rəsmi açıqlamaya əsasən, müvəqqəti olaraq komandaya məşqçilər
korpusunun üzvləri rəhbərlik edəcək. Britaniya mətbuatında isə
artıq yeni baş məşqçi postuna namizədlərin adları hallanmağa
başlayıb və bir neçə tanınmış mütəxəssisin namizədliyi nəzərdən
keçirilir.
Qeyd edək ki, İqor Tudor komandaya fevralın 14-dən rəhbərlik
edirdi və Premyer Liqa oyunlarında onun aktivində qələbə olmayıb.
Komanda hazırda aşağı liqaya düşmə zonasından cəmi bir xal fərqlə
uzaqdadır.

