
Bakı. Trend:
Hərbi qulluqçuların pul təminatı qaydalarında dəyişiklik
edilib.
Trend-in
məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” Qanunda
dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.
Yeni qanuna əsasən, hərbi xidmətin şəraitindən, ixtisasdan,
hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən
asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi
(müvafiq icra hakimiyyəti orqanının rəhbəri və onun
müavinləri, Azərbaycan dövlətinin başçısının fəaliyyətini
bilavasitə təmin edən digər orqanın rəhbəri, müavini və
əməkdaşları, habelə müvafiq icra hakimiyyəti orqanında hərbi xidmət
vəzifəsində qulluq keçən dövlət qulluqçularına münasibətdə isə
yalnız aylıq vəzifə və rütbə maaşı) almaq hüququ var.
Həmçinin, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçularından, habelə müvafiq icra hakimiyyəti orqanının
rəhbəri və onun müavinlərindən, Azərbaycan dövlətinin başçısının
fəaliyyətini bilavasitə təmin edən digər orqanın rəhbəri, müavini
və əməkdaşlarından, habelə müvafiq icra hakimiyyəti orqanında hərbi
xidmət vəzifəsində qulluq keçən dövlət qulluqçularından
başqa) hər il növbəti məzuniyyətə çıxarkən onlara əlavə
olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatı verilir.
Daha əvvəl yuxarıda qeyd edilən istisnalar qanunda nəzərdə
tutulmamışdı.

