İsrailin bir neçə yaşayış məntəqəsinə hücum olub

Baş səhifə

Bakı. Trend:

İsrailin Safed şəhərində və ətraf yaşayış məntəqələrində
xəbərdarlıq siqnalları verilib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, siqnalların “Hizbullah”ın raket
hücumu ilə bağlı olduğu bildirilir.




Eyni zamanda, Livandan buraxıldığı ehtimal edilən pilotsuz uçuş
aparatının hücumu fonunda digər yaşayış məntəqələrində də həyəcan
siqnalları eşidilib.