Almaniyada avtobus qəzası baş verib

Baş səhifə

Bakı. Trend:

Almaniyanın Hamburq şəhərində marşrut avtobusu qəzaya
uğrayıb.

Trend xəbər verir
ki, avtobus yol kənarında park edilmiş iki avtomobillə toqquşduqdan
sonra ağaca çırpılıb.




Qəza nəticəsində 17 nəfər xəsarət alıb. Onlardan ikisinin
vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, hadisəyə sürücünün səhhətində qəfil yaranmış
problemin səbəb olduğu ehtimal edilir.