İsrailin Livana hava hücumları bir gündə 20 nəfər ölüb

Baş səhifə

Bakı. Trend:

İsrailin Livan ərazisinə endirdiyi hava zərbələri nəticəsində
son 24 saat ərzində ən azı 20 nəfər həlak olub, 57 nəfər
yaralanıb.

Trend-in məlumatına görə, bu barədə Livanın Səhiyyə Nazirliyi “X” sosial şəbəkəsində yazıb.




“Hərbi eskalasiyanın başlanğıcından bəri itkilərin ümumi sayı
1001-dən 1021-ə, yaralıların sayı isə 2584-dən 2641-ə yüksəlib”, –
deyə bildirilib.

Livan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ölkədə
məcburi köçkünlərin sayı 20 gün ərzində 1 049 328 nəfərə çatıb.
Onlar əsasən Beyrutda cəmləşiblər.