ABŞ və İsrailin İrana, İslam Respublikasının isə bölgə ölkələrinə hücumları BMT Təhlükəsizlik Şurasında qınanıb.
“Report” xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuta birgə bəyanatlar zamanı deyib.
Onun sözlərinə görə, sadalananlar beynəlxalq sülh üçün təhdiddir. “Sivillərin həyat təhlükəsizliyi risk altındadır” , – Quterreş bildirib.
BMT baş katibi qeyd edib ki, Yaxın Şərqdəki vəziyyət bütün dünyaya təsir edir: “Ticarət problemləri yaranır, enerji və qida qiymətləri artır. Şiddətin azaldılıması və dialoq ən yaxşı çıxış yoludur”.
Quterreş hücumların dayandırılması və ABŞ ilə İran üçün müzakirələr masasına qayıtmaq çağırışı edib.
BM Genel Sekreteri Antonio Guterres’e Atatürk Uluslararası Barış Ödülü Takdimi https://t.co/lVR1QFKFhs
— Recep Tayyip Erdoğan (@RTErdogan) March 12, 2026
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

