Şəklin mənbəyi, Reuters
Oxuma vaxtı: 2 dəq
ABŞ və İsrailin İrana qarşı müharibəsinin on birinci günündə Birləşmiş Ərəb Əmirlikləri İrandan gələn dron və raket hücumuna cavab verdiyini deyib.
İranın yeni Ali Rəhbəri Müctəba Xamenei “sağ-salamatdır”, – Məsud Pezeşkianın oğlu deyib.
BƏƏ: Dubayda dron hücumundan 4 nəfər yaralanıb
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ölkədəki hava hücumundan müdafiə sistemlərinin İrandan gələn raket və dron hücumlarına cavab verdiyini bildirir.
Bu, hakimiyyət orqanlarının bu səhər Dubay Beynəlxalq Hava Limanı yaxınlığında iki İran dronunun düşməsi nəticəsində dörd mülki şəxsin yaralandığını açıqlamasından sonra baş verib.
Yaralananlardan biri Hindistan vətəndaşı “orta” dərəcəli, iki Qana vətəndaşı və bir Banqladeş vətəndaşı “yüngül” dərəcəli xəsarətlər alıb.
Rəsmilər hava nəqliyyatının normal rejimdə işlədiyini bildirirlər.
Daha əvvəl hava limanındakı bir sərnişin BBC-yə deyib ki, onlara şüşə pəncərələrdən uzaqlaşmaq və təhlükəsiz yerə çəkilmək tapşırılıb.
İranın yeni Ali Rəhbəri Müctəba Xamenei “sağ-salamatdır”, – Məsud Pezeşkianın oğlu deyib
İranın yeni Ali dini lideri Müctəba Xamenei xəsarət alması ilə bağlı yayılmış xəbərlərə baxmayaraq, “sağ-salamatdır”, İran Prezidenti Məsud Pezeşkianın oğlu bildirib.
Yusif Pezeşkian Telegram-da yazıb ki, o, ali liderin xəsarət alması ilə bağlı “xəbərləri eşidib”.
“Əlaqələri olan bir neçə dostumdan soruşdum, dedilər ki, Allahın lütfü ilə o, sağ-salamatdır və heç bir problem yoxdur”, – o bildirib.
Müctəba Xamenei yeni vəzifəyə təyin edildikdən bəri hər hansısa bəyanat verməyib və ictimaiyyət qarşısına çıxmayıb.
İran qonşularına yeni hücumlar edib
Şəklin mənbəyi, Reuters
İran bildirib ki, özünün yeni əməliyyatlarına başlayıb. Qətər və Səudiyyə Ərəbistanı hücumların qarşısını aldıqlarını, İrandan atılmış raket və dronları vurub yerə saldıqlarını bildiriblər.
Birləşmiş Ərəb Əmirlikləri də raket yağışlarına cavab verdiyini açıqlayıb. Bəhreyn isə sakinlərə xəbərdarlıq edib ki, sığınacaqlarda yerləşsinlər.
İran bildirib ki, onlar buradakı hərbi qurğuları və Küveytdəki ABŞ bazasını hədəf alıblar. Həmin ölkələr isə bu məlumatı təsdiqləməyib.
Britaniyanın dəniz müşahidəsi məlumat verib ki, naməlum mərmi Hörmüz boğazında yük gəmisinə dəyib, nəticədə yanğın başlayıb və heyət onu tərk etməli olub.
Müharibə başlayandan bəri İran körfəz ətrafındakı gəmilərə 10-dan çox hücum etməkdə şübhəli bilnir.
ABŞ narahatdır ki, İran Hörmüz boğazını minalaya bilər və buna görə də, bu əhəmiyyətli su yolunda 16 mina salan qayığa hücum etdiyini bildirib.

