
Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo növbəti dəfə adını futbol tarixinə yazdırıb.
Metbuat.az xəbər verir ki, “Ginnesin Rekordlar Kitabı”nın sosial media səhifəsində Ronaldonun dünya çempionatlarında əldə etdiyi yeni nailiyyətlə bağlı paylaşım edib. Belə ki, o, altı fərqli dünya çempionatında qol vuran ilk futbolçu kimi rekordlar kitabına düşüb.
Ronaldo bu göstəriciyə Özbəkistana qarşı qrup mərhələsinin ikinci tur oyununda nail olub. Təcrübəli hücumçu görüşdə dubl edərək komandasının böyükhesablı qələbəsində əsas pay sahiblərindən biri olub. Qarşılaşma Portuqaliya yığmasının 5:0 hesablı qələbəsi ilə başa çatıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

