ABB Xankəndidə Çağrı Mərkəzi yaradır

Baş səhifə

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq layihələrində
yaxından iştirak edən ABB bu istiqamətdə daha bir addım atır. Bank
Xankəndi şəhərində özünün yeni Çağrı Mərkəzini qurur.

Mərkəzin yaradılmasında məqsəd müştərilərlə fasiləsiz
kommunikasiyanın təmin olunması, ABB-nin bəzi struktur bölmələrinin
regionlara transferi, eləcə də Qarabağda sosial-iqtisadi inkişafın
dəstəklənməsi, regionda məşğulluğun artırılmasıdır.

Çağrı Mərkəzində ilk mərhələdə 10 əməkdaş çalışacaq.
Əməkdaşların işəqəbulu zamanı artıq Qarabağda daimi məskunlaşmış
keçmiş məcburi köçkünlərə üstünlük veriləcək. ABB belə layihələr
vasitəsilə regionda yerli kadrların inkişafını da dəstəkləməyi
hədəfləyir. Çağrı Mərkəzi Xankəndi Biznes Mərkəzində fəaliyyət
göstərəcək.




Qeyd edək ki, ABB Xankəndidə filial açmış ilk bank olub. Hazırda
Bankın həm Xankəndidə, həm Şuşada filialları var.

ABB-nin Xankəndi şəhərindəki Çağrı Mərkəzində çalışmaq istəyən
namizədlər mövcud vakansiyalara buradan müraciət edə
bilərlər.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
ətraflı məlumatı Bankın filial və şöbələrindən, ABB-nin rəsmi
internet səhifəsi
, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin
Bankın rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.