Bakı. Trend:
“Milan” baş məşqçisi Massimiliano Alleqrinin müqaviləsini
uzatmağı və onun maaşını artırmağı nəzərdən keçirir.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Bildirilib ki, klub mütəxəssisin qarşısına şərt qoyub. Əgər
komanda Çempionlar Liqasına vəsiqə qazanarsa, baş məşqçinin maaşı
artırılacaq. Bu halda italiyalı mütəxəssisin illik qazancı 5 milyon
avrodan 6 milyon avroya yüksələcək.
Həmçinin müqavilənin üçüncü ilinin aktivləşdirilməsi də nəzərdə
tutulur. Tərəflər daha əvvəl razılaşmışdılar ki, komanda Çempionlar
Liqasına vəsiqə qazansa və ya klub rəhbərliyi qərar versə, müqavilə
avtomatik olaraq 2027/28 mövsümünün sonunadək uzadılacaq. Sazişdə
2028/29 mövsümü üçün də əlavə opsiya yer alıb.
Hazırda “Milan” 27 turdan sonra A seriyasında 2-ci pillədə
qərarlaşır. Komanda ÇL-ə yollana bilmək üçün mövsümün sonunda ilk
4-lükdə qərarlaşmalıdır.

