SEPAH Hörmüz boğazında tankerə dron zərbəsi endirib

Baş səhifə

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında “Prima” tankerinə dron zərbəsi endirib.

APA “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, tanker SEPAH-ın bu gün səhər yayımladığı xəbərdarlıqdan sonra vurulub.