Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində Belarus yığmasına qalib gəlib

Baş səhifə
Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində Belarus yığmasına qalib gəlib

Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün üçüncü oyununa çıxıb.

“Report” xəbər verir ki, B qrupunda Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma 1:0 hesablı qələbəyə sevinib.

Matç Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilib.

Qalibiyyət qolunu 42-ci dəqiqədə Əli Bəşirov vurub.