Vaşinqtonda dünyanın ən böyük zəfər tağı tikiləcək

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trump “Truth Social” hesabında Vaşinqtonda
“dünyanın ən böyük və ən gözəl tağı” olacağını söylədiyi zəfər
tağının dizaynını təqdim edib.

Trend xəbər verir ki, Amerika
lideri bununla bağlı yazıb: “Bu gün mənim administrasiyam dünyanın
ən böyük və ən gözəl zəfər tağının tikintisi üçün təqdimatı və
planları İncəsənət Komissiyasına rəsmi olaraq təqdim edib”.




Paylaşımda əlavə edilən fotoşəkildə Harrison Design tərəfindən
hazırlanmış layihə əks olunub. Dizaynda qızılı elementlərlə
bəzədilmiş açıq rəngli daş tağ, yuxarı hissəsində iki böyük metal
qartal və “Azadlıq” heykəlini xatırladan qızılı fiqur təsvir
edilib.