ABŞ narkotik qaçaqmalçılarına məxsus gəmini vurdu

Baş səhifə

Bakı. Trend:

ABŞ Şərqi Sakit Okean bölgəsində narkotik qaçaqmalçılarına
məxsus olduğu iddia edilən gəmini vurub.

Trend xəbər verir
ki, bu barədə United States Southern Command məlumat yayıb.




Komandanlığın X sosial şəbəkəsindəki açıqlamasında bildirilib:
“Kəşfiyyat gəminin Şərqi Sakit Okeanda məlum narkotik
qaçaqmalçılığı marşrutları üzrə hərəkət etdiyini və narkotik
ticarəti üçün istifadə olunduğunu təsdiqlədi”.

Hücum nəticəsində üç nəfər həlak olub. ABŞ hərbçiləri arasında
xəsarət alan olmayıb.