“Nyukasl”ın baş məşqçisi: “Qarabağ”a qarşı cavab matçımız ciddi keçəcək”

Baş səhifə
Nyukaslın baş məşqçisi: Qarabağa qarşı cavab matçımız ciddi keçəcək

“Report”un məlumatına görə, bunu “Nyukasl”ın baş məşqçisi Eddi Hau “Qarabağ”a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis böyük hesabla qalib gəldikləri qaşrılaşmanı şərh edib:

“Bizim İngiltərə Premyer Liqasında “Mançester Siti”yə qarşı oyunumuz var. “Qarabağ”a qarşı cavab matçımız da çətin keçəcək.

Qeyd edək ki, “Qarabağ” – “Nyukasl” matçı qonaq komandanın 6:1 hesablı qələbəsi ilə bitib. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.