Bakı. Trend:
Fevralın 16-da Potaket şəhərində orta məktəb xokkey oyununda baş
verən atışma nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə “CBS News” televiziya kanalı
xəbər verib.
Məlumata əsasən, hücum edən şəxs ölüb.
Bildirilib ki, atışma yerli vaxtla saat 14:00 radələrində buz
meydançasında iki məktəbin şagirdləri arasında matç keçirilərkən
baş verib.
Dörd yaralı xəstəxanalara aparılıb. Onların vəziyyəti və ya
hadisənin səbəbi barədə hələlik məlumat verilməyib.

