Cəlilabadda 52 yaşlı kişi öldürülüb, şübhəli şəxs saxlanılıb

Baş səhifə
Cəlilabadda 52 yaşlı kişi öldürülüb, şübhəli şəxs saxlanılıb

Cəlilabad rayonunda 52 yaşlı kişini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

İlkin məlumata görə, 52 yaşlı Azər Baxşiyev 24 yaşlı İbrahim Babayev tərəfindən qətlə yetirilib.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

MƏLUMAT YENİLƏNİR