Bakıda binada yanğın – Sakinlər təxliyə edildi

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə,
Xətai rayonu, M.Hadi küçəsi, 68A ünvanında yerləşən çoxmərtəbəli
yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından
Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə
cəlb olunub.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli
yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin
mətbəxində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə
yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.




Yanğın nəticəsində ümumi sahəsi 128kv.m. olan üçotaqlı mənzilin
mətbəxində 3p.m. mətbəx mebeli və məişət əşayaları yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə
olunub.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə
olunub.