Bakı. Trend:
Qazaxıstanın Yeskeldin rayonunun Qarabulaq kəndində yerləşən
ərzaq mağazasında partlayış baş verib.
Trend bu barədə
Qazaxıstan KİV-ə istinadən xəbər verir.
Məlumata görə, qaz partlayışı nəticəsində binanın tavanı və
xarici divarının bir hissəsi çöküb. Mağazanın 36 kvadrat metrinə
ciddi ziyan dəyib.
İlkin məlumata əsasən, hadisə nəticəsində 3 nəfər yaralanıb.
Zərərçəkənlər yaxınlıqdakı xəstəxanaya çatdırılıblar. Onların
vəziyyəti kafi qiymətləndirilir.
İnsidentin səbəbləri ərazidə müstəntiqlər tərəfindən
araşdırılır.

