
Bakı. Trend:
ABŞ-nin Karib dənizi hövzəsində narkotik vasitələrin
qaçaqmalçılığına qarşı mübarizədə həyata keçirdiyi “Cənub Nizəsi”
əməliyyatında iştirak edən bir hərbçi ölmüş elan edilib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hərbçi fevralın 7-də “Iwo Jima” desant gəmisinin
göyərtəsindən suya yıxılıb. 72 saat davam edən axtarışların heç bir
nəticə verməməsindən sonra o ölmüş elan edilib.
Onun hansı şəraitdə göyərtədən yıxıldığı müstəntiqlər tərəfindən
araşdırılır.
“Iwo Jima” desant gəmisi Karib dənizi hövzəsində narkotrafiklə
mübarizə çərçivəsində “Cənub nizə” əməliyyatında iştirak edir.
Yanvar ayının əvvəlində ABŞ xüsusitəyinatlıları tərəfindən ələ
keçirilmiş Venesuela prezidenti Nikolas Maduro məhz bu gəminin
göyərtəsinə çatdırılmışdı.


