Binədə işıqdan sonra qaz da kəsiləcək

Baş səhifə

Bu gün Binə qəsəbəsinin bəzi ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Bu barədə Modern.az “Azəriqaz”a istinadən xəbər verir.

Məlumata görə, Xəzər rayonunda aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar 13.05.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Binə qəsəbəsinin Əli İsazadə və Məscid küçələrinin, həmçinin Binə Sovxoz adlanan ərazinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.