
Bakı.Trend:
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən
anbarda baş vermiş yanğın söndürülüb.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat
verilib.
Bildirilib ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində
yerləşən anbarda baş vermiş yanğın nəticəsində bir-birinə bitişik
ümumi sahəsi 46000kv.m. olan müxtəlif təyinatlı malların
saxlanıldığı anbar 21000 kv.m. sahədə yanıb.
Anbarın qalan hissəsi yanğından mühafizə olunub.


