Azərbaycan müdafiə nazirinin Slovakiyaya səfəri davam edir (FOTO)

Baş səhifə

Bakı. Trend:

zərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir
Həsənovun Slovakiyaya səfəri davam edir.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Slovakiya Respublikasında rəsmi səfərdə olan
Zakir Həsənov IDEB (International Defence Exhibition Bratislava)
Beynəlxalq Müdafiə və təhlükəsizlik konfransında və sərgisində
iştirak edib.




Sərgidə təqdim olunan müdafiə sənayesi məhsulları ilə
tanışlıqdan sonra “Robot tərəfindən təkmilləşdirilmiş partlayıcı
qurğunun zərərsizləşdirilməsi” və “Patron FPV” PUA-sı vasitəsilə
təkərli və tırtıllı texnikaya hücumun nümayişləri izlənilib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Çex
Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Yaromir
Zuna ilə görüşüb. Görüş zamanı tərəflər iki ölkə arasında
qarşılıqlı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə
ediblər.