
Son sutkada kriptovalyuta bazarında əsas aktivlərdə nisbi eniş müşahidə edilib.
“APA-Economics” xəbər verir ki, CoinMarketCap platformasında “Bitcoin”in qiyməti 0,09% azalaraq 81 106 ABŞ dollarına, “Ethereum”un qiyməti 0,32% azalaraq 2 302 dollara, BNB-nin qiyməti 2,62% azalaraq 680 dollara enib.
Bununla belə, “Zcash”in qiyməti 3,51% artaraq 561 dollara, “Bitcoin Cash”in qiyməti isə 0,73% artaraq 442 dollara yüksəlib.
CoinMarketCap 20 Index son 24 saatda 0,34% azalaraq 163,23 bənd olub.
Qlobal kriptovalyuta bazarının ümumi dəyəri isə 0,28% azalaraq 2,70 trilyon dollara enib.
Analitiklərin fikrincə, bazardakı qarışıq dinamika investorların bir tərəfdən ABŞ-da faiz dərəcələrinin gələcək trayektoriyasını qiymətləndirməsi, digər tərəfdən isə qızılın bahalaşması fonunda qızılla təmin olunan rəqəmsal aktivlərə marağın artması ilə bağlıdır. Bu, “Zcash” kimi alternativ aktivlərin qiymətinə də dəstək verib.

