Son iki gündə Biləsuvar və Cəlilabad rayonlarında 16 nəfər qarlı havada yıxılaraq xəsarət alıb.
Bu barədə “Report”un Muğan bürosunun sorğusuna cavab olaraq Biləsuvar və Cəlilabad rayon mərkəzi xəstəxanalarından məlumat verilib.
Bildirilib ki, fevralın 10-11-də qarlı havada xəsarət almaları səbəbindən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına 11 nəfər (4-ü kişi, 7-si qadın), Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına isə 2 qadın hospitalizasiya olunub.
Onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

