UEFA Çempionlar Liqası: “Qarabağ” – “Nyukasl” matçının biletlərinin satışa çıxacağı vaxt açıqlanıb

Baş səhifə
UEFA Çempionlar Liqası: Qarabağ – Nyukasl matçının biletlərinin satışa çıxacağı vaxt açıqlanıb

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində 18 fevral 2026-cı il tarixində keçiriləcək “Qarabağ” – “Nyukasl” matçı üçün biletlər sabah, gün ərzində satışa çıxarılacaq.

Bu barədə “Report”a “Qarabağ” klubundan məlumat verilib.

Biletlər yalnız rəsmi satış kanalı olan iTicket.az vasitəsilə onlayn şəkildə əldə oluna bilər. Azarkeşlərdən xahiş olunur ki, bilet alarkən yalnız etibarlı və rəsmi mənbələrdən istifadə etsinlər.